Yazını böyüt
Yazını kiçilt
Adalar Bələdiyyəsini hədəf alan "rüşvət" istintaqı çərçivəsində keçirilən əməliyyatda 47 nəfər haqqında həbs qərarı verilib.
Hafta.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat dərc edib.
Qeyd olunur ki, İstanbul mərkəzli dörd vilayətdə eyni vaxtda keçirilən əməliyyatlarda Adalar bələdiyyə sədri Əli Ercan Akpolat da daxil olmaqla 41 şübhəli saxlanılıb.
Eyni zamanda, Mersində də Silifke bələdiyyəsinə qarşı əməliyyat keçirilib və nəticədə bələdiyyə sədri Mustafa Turqut da daxil olmaqla çoxsaylı şəxslərə qarşı tədbir görülüb.